Ukrayna xarici işlər naziri: İstənilən güzəşt növbəti təcavüzə səbəb olacaq

Ukrayna xarici işlər naziri: İstənilən güzəşt növbəti təcavüzə səbəb olacaq
SİYASƏT
12:00 10.08.2025
166
Yalnız güc və birlik Rusiya Federasiyasını müharibəni dayandırmağa məcbur edəcək, istənilən güzəşt növbəti təcavüzə səbəb olacaq.

AZXEBER.COM xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa deyib.

"Rusiyanı sakitləşdirmək üçün heç bir mükafat və ya hədiyyə verilməməlidir. Yalnız güc və birlik Rusiya Federasiyasını müharibəni dayandırmağa məcbur edə bilər. İstənilən güzəşt növbəti təcavüzə səbəb olacaq. Ona görə də Ukrayna öz prinsipləri və dəyərlərində qərarlıdır", - o sosial şəbəkə hesabında yazıb.

Sıbiqanın sözlərinə görə, Ukrayna Amerika Birləşmiş Ştatları və Avropadan olan tərəfdaşlarla birlikdə BMT Nizamnaməsi və beynəlxalq hüquq əsasında ədalətli və davamlı sülhün təmin edilməsinə sadiqdir.

Bundan əvvəl Fransa, İtaliya, Böyük Britaniya, Finlandiya, Almaniya, Polşa liderləri və Avropa Komissiyasının rəhbəri Ukraynaya hərbi, iqtisadi və diplomatik dəstəyi davam etdirməyə hazır olduqlarını bildiriblər.
 
 
///Report
OXŞAR XƏBƏRLƏR