Ukrayna Xarkov və İzyum istiqamətində əks-hücuma keçdi

Ukrayna Xarkov və İzyum istiqamətində əks-hücuma keçdi
DÜNYA
14:55 05.05.2022
318
Ukrayna müdafiə qüvvələri Xarkov və İzyum istiqamətlərində əks-hücum əməliyyatlarına başlayıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı teleqramda bildirib.

O həmçinin Rusiyanın öz qüvvələrini Luqansk istiqamətində cəmlədiyini, xüsusilə Popasna, Kreminna, Torske rayonlarında şiddətli döyüşlərin getdiyini vurğulayıb.

Qeyd edək ki, Valeri Zalujnı bu barədə amerikalı həmkarı general Mark Millini məlumatlandırıb.

OXŞAR XƏBƏRLƏR