Ukrayna Xarkovu nəzarətə götürdü

Ukrayna Xarkovu nəzarətə götürdü
DÜNYA
17:20 27.02.2022
468
Xarkov Ukrayna hakimiyyətinin nəzarəti altındadır.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu Xarkov vilayəti dövlət administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.

Onun sözlərinə görə, şəhər Silahlı Qüvvələr, Milli Polis və Müdafiə Qüvvələri tərəfindən ruslardan təmizlənir.

"Düşmən tamamilə ruhdan düşüb. Xarkovda düşmən maşınlarını yolun ortasına atır, 5-10 nəfərlik bütöv qruplar Ukrayna əsgərlərinə təslim olurlar. Silahlı Qüvvələrin ən azı bir nümayəndəsini görən kimi təslim olurlar” - Sinequbov qeyd edib.
OXŞAR XƏBƏRLƏR