Ukrayna “Xəzər Boru Kəməri Konsorsiumu”na PUA hücumu edib

Ukrayna “Xəzər Boru Kəməri Konsorsiumu”na PUA hücumu edib
DÜNYA
18:49 06.04.2026
478
Ukrayna pilotsuz uçuş aparatları (PUA) "Xəzər Boru Kəməri Konsorsiumu” beynəlxalq neft nəqliyyat şirkətinin Novorossiyskdəki obyektlərinə zərbə endirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, PUA-lar yanalma və tədarük boru kəmərinə zərbə endirib, zərbə nəticəsində dörd neft rezervuarında yanğın başlayıb.

Nazirlik zərbənin məqsədinin Rusiyadan Avropaya neft tədarükünü dayandırmaq olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR