Ukrayna XİN Azərbaycana humanitar yardım üçün təşəkkür etdi

Ukrayna XİN Azərbaycana humanitar yardım üçün təşəkkür etdi
SİYASƏT
16:12 13.01.2023
387
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana humanitar yardım üçün təşəkkür edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ukrayna XİN "Twitter" hesabında paylaşım edib.

"Ukrayna şəhərlərini generator və transformatorlarla təmin etdiyi üçün Azərbaycana minnətdarıq. Bu, təcavüzkar Rusiya tərəfindən həyata keçirilən vəhşi bombardmanlardan sonra Ukraynanın zərər görmüş kritik infrastrukturunun bərpası üçün çox vacibdir”, - Ukrayna XİN-dən bildirilib.
OXŞAR XƏBƏRLƏR