Ukrayna XİN başçısı həbsxananın vurulması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət etdi

Ukrayna XİN başçısı həbsxananın vurulması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət etdi
DÜNYA
21:06 29.07.2022
433
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Donetsk vilayətinin Olenivka qəsəbəsində yerləşən həbsxananın vurulması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, o, bu barədə tviter səhifəsində paylaşım edib.

"Rusiya işğal altındakı Olenivkada ukraynalı əsirlərin saxlandığı islah müəssisəsini atəşə tutmaqla daha bir dəhşətli müharibə cinayəti törədib. Mən bütün tərəfdaşları beynəlxalq humanitar hüququn növbəti dəfə vəhşicəsinə pozulmasını qətiyyətlə pisləməyə və Rusiyanı terrorçu dövlət kimi tanımağa çağırıram”, - o bildirib.
OXŞAR XƏBƏRLƏR