Ukrayna XİN başçısı: “Rusiyanın Donbasdakı hücumu amansız döyüşdür"

Ukrayna XİN başçısı: “Rusiyanın Donbasdakı hücumu amansız döyüşdür"
DÜNYA
10:36 24.05.2022
405
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba beynəlxalq ictimaiyyətə müraciət edib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

"Ukraynanın silah təminatı hələ kifayət qədər deyil. Rusiyanın Donbasdakı hücumu amansız döyüşdür. Bu, İkinci Dünya müharibəsindən sonra Avropa torpaqlarında ən böyük döyüşdür. Mən tərəfdaşları silah və sursatların, xüsusən də MLRS, uzaq mənzilli artilleriya, BTR-lərin çatdırılmasını sürətləndirməyə çağırıram”, - nazir vurğulayıb.
OXŞAR XƏBƏRLƏR