"Mariupoldan mümkün olduğu qədər çox insan təxliyə etməyə çalışırıq. Hər gün təxliyələr həyata keçirilir”.
AZXEBER.COM xəbər verir ki, bu fikirləri Ukraynanın xarici işlər naziri Dmitro Kuleba martın 17-də Lvov şəhərində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi görüşdən sonra deyib. O, bildirib ki, Rusiyanın təcavüzünü dayandırmaq üçün hər kəs səy göstərməlidir:
"Amma Rusiya buna problem yaradır. Bu gün Mariupol dünyanın ən qorxulu yerlərindəndir. Rusiyanın təcavüzünü dayandırmaq üçün hər kəs səy göstərməlidir”.