Ukrayna XİN-dən NATO haqda şok sözlər: "Rusiyanı ruhlandırırlar"

Ukrayna XİN-dən NATO haqda şok sözlər: "Rusiyanı ruhlandırırlar"
DÜNYA
16:16 05.03.2022
436
"NATO-nun Ukrayna üzərində səmanı bağlamaqdan imtina etməsi ilə bağlı mövqeyi hörmətsizlikdir".
 
AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, bu sözləri Ukrayna Xarici İşlər Naziri Dmitri Kuleba deyib. 
 
O bildirib ki, NATO ukraynalıların ümidini doğrultmur: 

"Biz bu barədə vicdanla danışmalıyıq. Ukraynalılar aydın və vicdanla görməlidirlər ki, NATO əslində ukraynalıların təsəvvür etdiyi kimi deyil. Ən azından indi. Sabah mövqelərini dəyişsələr, afərin. Amma hələ ki, onların mövqeyi hörmətə səbəb deyil. 
 
Nazir deyib ki, Alyansda ikitərəfli səviyyədə müttəfiqlər üçün Ukraynaya hər cür kömək etmək üçün siyasi razılaşma var, lakin Alyansın özü bir təşkilat olaraq mahiyyət etibarilə yoxa çıxıb:
 
"NATO özünü indiki kimi aparanda, yalnız rusları ruhlandırır və onlara göstərir ki, əslində NATO əməldə deyil, sözdə güclüdür". 
 
OXŞAR XƏBƏRLƏR