"F-16 qırıcı təyyarələrinin Ukraynaya tədarükü ilə bağlı bizə vəd verən konkret ölkələr var. Proses yaxın zamanda başlayacaq”.
Bunu Ukrayna xarici işlər naziri Dmitro Kuleba telemarafonun efirində deyib.
Onun sözlərinə görə, artıq veriləcək qırıcıların sayı da məlumdur: "Eyni zamanda, təlimlərin başlanma tarixləri barədə razılıq da artıq əldə olunub”.
Nazir konkret olaraq hansı ölkənin Ukraynaya vəd verdiyini açıqlamayıb: "Proses tezliklə başlayacaq və hər şey plana uyğun olacaq”.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Cozef Bayden Ukraynaya F-16-ların tədarükünə əminliyini ifadə etmişdi.