Ukrayna Xüsusi Əməliyyat Qüvvələri rusiyalı generalı ağır yaralayıb

Ukrayna Xüsusi Əməliyyat Qüvvələri rusiyalı generalı ağır yaralayıb
DÜNYA
19:19 20.08.2025
216
Ukrayna Xüsusi Əməliyyat Qüvvələri (XQQ) Kursk vilayətində Rusiya ordusunun general-leytenantı Esedulla Abaçevi ağır yaralayıb.

Bu barədə qurum sosial şəbəkələrdə məlumat yayıb.

"Rusiya Silahlı Qüvvələrinin general-leytenantı Esedulla Abaçev XQQ-nin xüsusi əməliyyatı nəticəsində ağır yaralanıb. Rusiya Silahlı Qüvvələrinin "Şimal" qoşun qruplaşmasının komandan müavininin avtomobilinin atəşlə vurulmasını Xüsusi Əməliyyat Qüvvələrinin UA_REG TEAM bölməsi həyata keçirib. Bu, avqustun 17-si gecə Kursk vilayətinin Rılsk şəhərindən 5 kilometr məsafədə baş verib", - məlumatda qeyd olunur.

XQQ-nin məlumatına görə, yaralanma nəticəsində generalın əli və ayağı amputasiya edilib. O, təcili olaraq təyyarə ilə Moskvaya çatdırılıb.
 
\report
OXŞAR XƏBƏRLƏR