Ukraynada 566 təhsil müəssisəsi darmadağın edilib

Ukraynada 566 təhsil müəssisəsi darmadağın edilib
DÜNYA
17:55 24.03.2022
328
Rusiya Ordusunun atəş zərbələri nəticəsində Ukraynada ümumilikdə 566 təhsil müəssisəsi darmadağın edib. 

AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, bunu ölkənin təhsil və elm naziri Sergey Şkarlet "Telegram” kanalında bildirib.

Nazir qeyd edib ki, bombardmandan sonra onlardan 73-ü tamamilə məhv edilib, bu müəssisələri bərpa etmək mümkün deyil:

"Rusiya tərəfi iddia edir ki, onlar, hərbi obyektlərə zərbələr endirirlər. Amma biz bu iddianı təkzib edən çoxsaylı faktlar və arqumentlər topladıq: Rusiya hərbçiləri evləri, uşaq bağçalarını, məktəbləri və universitetləri dağıdır”.

Şkarlet əlavə edib ki, bu həftədən etibarən Ukrayna telekanalları 5-11-ci sinif şagirdləri üçün video dərslərin nümayişini bərpa edib.
OXŞAR XƏBƏRLƏR