Ukraynada azərbaycanlı iş adamı həyat yoldaşı ilə birlikdə evində qətlə yetirilib

KRİMİNAL
17:22 24.12.2013
1802
Ukraynanın Luqansk şəhərində azərbaycanlı iş adamının evinə silahlı basqın edilib, ev sahibi və həyat yoldaşı güllələnərək qətlə yetirilib.
Luqansk vilayəti Birləşmiş Azərbaycanlılar Konqresinin sədr müavini Akif Hümbətov açıqlamasında bildirib ki, bu gün səhər yerli vaxtla saat 10.30 radələrində iş adamı Vidadi Məmmədov evində silahlı basqına məruz qalıb. O, həyat yoldaşı Yavər Məmmədova birlikdə güllələnib.
A. Hümbətovun sözlərinə görə, qətlə yetirilən V. Məmmədovun evi ona məxsus kafe-restorana bitişikdir: “Səhər övladları və onlarda yaşayan tələbə qohumları dərsə getdikdən sonra evə naməlum şəxslər tərəfindən silahlı hücum olub, ev güllə-baran edilib, Vidadi Məmmədov və həyat yoldaşı qətlə yetirilib. Hazırda ərazi milis tərəfindən mühasirəyə alınıb, araşdırma gedir. 
Hadisənin törədənlərin kimliyi hələlik məlum deyil. Milis əməkdaşları hadisəni törədənlərin kimliyi barədə yaxın vaxtlarda bizə məlumat verəcəklərini bildiriblər”.(APA)

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir