Ukraynada azərbaycanlı iş adamının evinə silahlı basqın olub

DÜNYA
13:48 18.11.2013
1071
Ukraynanın Luqansk şəhərində tanınmış azərbaycanlı iş adamı, diaspor fəalı Şahin Məmmədovun evinə silahlı basqın olub.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Luqansk vilayəti üzrə sədri Rasim Uğurluyev  açıqlamasında bildirib ki, hadisə noyabrın 16-sı axşam saatlarında baş verib

O, hadisənin təfərrüatlarını açıqlayıb: “Ötən gecə Şahin Məmmədov Luqansk şəhərinin mərkəzindəki evində olarkən evin həyət qapısının qarşısında müxtəlif markalı avtomobillərin olduğunu və yarısı maskalı olan şəxslərin avtomobillərin yanında toplandığını görüb. Onlara yaxınlaşaraq burada nə baş verdiyini soruşduqda, həmin şəxslər onu milli zəmində təhqir etməyə, biznesi ilə bağlı hədə-qorxu gəlməyə başlayıblar. Şahin Məmmədov oğlu Xalid Məmmədov ilə birlikdə onlardan evdən uzaqlaşmağı tələb ediblər, əks təqdirdə, hüquq mühafizə orqanlarına məlumat verəcəklərini bildiriblər. Lakin sayı təxminən 10 nəfər olan şəxslər maşınlardan silah götürərək avtomat və tapançadan Məmmədovları atəşə tutublar. Şahin Məmmədov və oğlu dərhal həyətə girərək qapını arxadan bağlayıblar. Silahlı dəstə evi atəşə tutub. Silahlıların əl çəkmədiyini görən Məmmədovlar icazəli avtomat və tapançadan basqınçılara cavab atəşi açıblar. Nəticədə basqınçılardan biri ölüb, Şahin Məmmədov və oğlu isə xəsarət alıb. Basqınçılar qaçıb gedəndən dərhal sonra Şahin Məmmədov hadisə barədə yerli milisə zəng etmək istədiyi zaman onun evinə xüsusi təyinatlı milislər basqın edib, onu oğlu ilə bilikdə şəhər milisinə aparıblar. Hazırda Şahin Məmmədov və oğlu saxlanılıb, basqınlardan isə heç kim saxlanmayıb”.

R.Uğurluyev onu deyib ki, hadisədən xəbər tutan kimi evdən çıxmaq istədikdə, onun da evinə xüsusi təyinatlı milislər tərəfindən basqın olub, icazəsiz olaraq evində axtarış aparılıb, milli təhdidlər edilərək ailəsini qorxudulub: “Mənim özümü isə qandallayıb səbəbsiz olaraq idarəyə apardılar. Orada müstəntiqlər hadisəni araşdırmaq əvəzinə, Şahin Məmmədov ilə mənə “Axı siz nə vaxt qayıdacaqsınız ölkənizə?”, “Azərbaycana getsəniz, yaxşı olar, burada bizimkilərə mane olursunuz” və s. atmacalar atırdılar. Mən onlara yerli qanunvericiliyi xatırladaraq, digər xalqın nümayəndələrinə, hətta diaspora rəhbərliyinə qarşı etnik separatçı təzyiqlərin tamamilə qanunsuz olduğunu xatırlatdım. Səfirliyə, respublika prokurorluğuna məlumat verəcəyim barədə onlara xəbərdarlıq edərək basqınçıların axtarılmasını da tələb etdim, lakin bizə əhəmiyyət vermədilər. Aralarından bir zabit “Siz Moskvada da qudurmusunuz, indi də burada qudurmaq istəyirsiniz” deyə bizi təhqir etdi”.

Səhərə qədər milis idarəsində saxlandığını deyən R.Uğurluyev səhər tezdən dilindən iltizam alınaraq buraxıldığını, Məmmədovların isə hələ də təcridxanada saxlandığını bildirib.

Qeyd edək ki, Ş.Məmmədov Ukraynada tanınmış iş adamıdır, onun həm Ukraynada, həm də Türkiyədə bir neçə iri kərpic zavodu var. O, nadir xəstəliklərdən olan miostaniya xəstəliyindən əziyyət çəkir. Hazırda onun evi ailəsi ilə birgə milis tərəfindən mühasirədə saxlanılır.(APA)

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:11 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdı

15:09 13.02.2025

Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi

14:34 13.02.2025

İsrailin hədəfi yenə İran oldu - ABŞ mediası mühüm faktları açıqladı

14:23 13.02.2025

Burak Özcivit ilə şəkil çəkdirməyə görə 1 milyon ödəyib? - AÇIQLAMA

14:18 13.02.2025

Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

14:04 13.02.2025

Koreyalı alimlər xərçəng hüceyrələrini normallaşdıran üsul tapdılar