Ukraynada azərbaycanlı - “qanuni oğru” güllələndi

KRİMİNAL
12:16 08.04.2014
2390
Ded Xasanın ölümü Baxışın geri qayıtma ümidini puç etdi.
7 aprel 22.20-də Odessada “Veçerni Baku” restoranında kriminal aləmdə “Vaxa” ləqəbi ilə məşhur olan, 39 yaşlı keçmiş “vorzakon” Baxış Əliyev güllələnib. Onunla bərabər cangüdəni də öldürülüb.
Oxu.Az Rusiyanın “Praym Kraym” nəşrinə istinadən bildirir ki, Gürcüstanın Dmanis rayonunun Mamışlı kəndindən olan, etnik azərbaycanlı Baxış Əliyev Moskvada 2004-cü ildə sanballı gürcü “qanuni oğrularının” ötürməsi ilə kriminal aləmdə ad alıb.
2006-cı ildə “Vaxa” sonradan qətlə yetirilmiş azərbaycanlı sahibkar Hüseynovu oğurlamaqda şübhəli bilinərək saxlanılıb. Məhkəmədə Əliyevin bu cinayətlərdə əli olduğunu sübut etmək mümkün olmayıb və yalnız girov üçün tələb olunan pulu ötürməkdə vasitəçilik etdiyi üçün mühakimə edilir.
Girov isə artıq öldürülüb.
Baxışın bu hərəkəti “oğrusayağı” olmadığı üçün 2007-ci ilin iyun ayında onunla bir kamerada olan “qanuni oğru” Vaxtanq Xatiskasi tərəfindən döyülərək titulu əlindən alınır.
Sonradan Ded Xasan və gürcü “oğruları” arasında münaqişə əsnasında, Ded Xasan Baxışın titulunu bərpa edir və Rövşən Caniyevin mövqelərini daraltmaq üçün Ukraynaya göndərilir. İl yarım müddət ərzində 2011-ci ilin dekabr ayından 2013-cü ilin aprel ayına qədər Baxış dörd dəfə həbs edilərək Ukraynanın sərhədlərindən kənara çıxardılıb.
Əliyev 2012-ci ildə növbəti deportasiyadan sonra, başda Rövşən olmaqla gürcü oğruları ilə İstanbulda görüşür.
Bu görüş onun ölümcül döyülməsi və birdəfəlik “qanuni oğru” titulundan məhrum olması ilə nəticələnir. Baxışın ailəsinə geri qayıtma ümidi iki ay sonra Ded Xasanın ölümü ilə puç olur.

OXŞAR XƏBƏRLƏR