Ukraynada azərbaycanlı zabit həlak oldu

Ukraynada azərbaycanlı zabit həlak oldu
SOSİAL
22:03 04.10.2022
175
Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı zabiti həlak olub.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Kirovoy Roq üzrə sədri Rəmzi Rzayevin "Report"un Şərqi Avropa bürosuna verdiyi məlumata görə, bu, Ukrayna ordusunun kiçik leytenantı İbişov Nahid İmanxan oğludur.

Xerson vilayəti istiqamətində həlak olan zabit əslən Azərbaycanın Sabirabad rayonundandır.
 

 


OXŞAR XƏBƏRLƏR