Ukraynada “Bakı-2015”-də medal qazanan ukraynalı idmançılarla görüş keçirildi - FOTOLAR

DÜNYA
15:30 01.07.2015
1724

Kiyevdə Ukrayna Milli Olimpiya Komitəsi “Bakı-2015”-də medal qazanan ukraynalı idmançılar və Azərbaycan diasporu ilə görüş keçirib

Kiyevdə Ukrayna Milli Olimpiya Komitəsi (MOK) İdman və Gənclər Nazirliyi ilə birgə, Azərbaycan diasporunun iştirakı ilə “Bakı-2015” I Avropa Oyunlarından medalla qayıdan ukraynalı idmançılarla açıq görüş keçirib. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən (BUAK) verilən məlumata görə, görüşdə Ukrayna MOK prezidenti Sergey Bubka, idman və gənclər naziri İqor Jdanov, idman federasiyaları rəhbərləri, o cümlədən BUAK sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev iştirak edib.

İdmançılarla görüşdə Ukraynanın ilk Avropa Oyunlarından 8-i qızıl, 14-ü gümüş və 24-ü bürünc olmaqla 46 medalla qayıtdığını deyən S. Bubka bildirib ki, bu onların gözlədiyindən də yüksək göstəricidir: “Biz belə bir möhtəşən oyunlarda ümumilikdə 50 ölkə arasında 8 yer tutduq. Yüksək göstəricidir. Oyunlar çox möhtəşəm keçdi. Azərbaycan bunu gözləniləndən də uğurla bacardı. Çox xoşdu ki, Ukrayna Avropa idmanının möhtəşəm tarixi hadisəsinin bir parçası oldu. İdmançılarımız idman tarixinin yeni səhifəsinin yazılmasında iştirak etdilər. Bu oyunlar və nəticələri bizim üçün Yay Olimpiya Oyunlarına bərabərdir”. İdman və gənclər naziri İ. Jdanov da “Bakı-2015”-i Avropa idman tarixində yeni mərhələnin başlanğıcı olduğunu deyərək, bu başlanğıcda Ukraynanın da fəal iştirak etməsini ukraynalı idmançılar üçün güclü stimul adlandırıb. O bildirib ki, prezident Pyotr Poroşenko qalibləri şəxsən qəbul edəcək.

Ukrayna Gimnasitika Federasiyasının vitse-prezidenti İrina Deryuqina isə Azərbaycanda idmanın çox sürətlə inkişaf etdiyini, xüsusilə gimnasitakanın sürətlə inkişafından danışaarq Ukraynanın bu sahədə Azərbaycandan bəhrələndiyini bildirib. “Bakı-2015” Avropa Oyunlarında medal qazanan ukraynalı idmançılar arasında əslən Azərbaycandan olan, diaspor fəalı Fedor Xaşalov da var.

OXŞAR XƏBƏRLƏR