Ali Radanın Ukrayna Daxili İşlər Nazirliyinin fəaliyyətinə nəzarət üzrə səlahiyyətli şəxsi Arsen Avakov “Berkut” xüsusi təyinatlı milis bölməsinin buraxılması barədə fərman imzalayıb.
AZXEBER.COM İTAR-TASS-a istinadən xəbər verir ki, idarə rəhbəri fevralın 26-na keçən gecə Facebook sosial şəbəkəsində yazıb:
“Berkut” artıq yoxdur. Bu barədə 25 fevral 2014-cü il tarixli 144 saylı fərman imzaladım”.
Arsen Avakov xüsusi brifinqdə bu barədə ətraflı məlumat verəcəyini bildirib.
Yerli KİV yazır ki, Ukrayna hüquq-mühafizə orqanları nümayəndələri tərəfindən ictimai təhlükəsizliyin təmin edilməsi zamanı odlu silah və xüsusi vasitələrdən istifadəsinə də qadağanın qoyulacağı gözlənilir.
Qeyd edək ki, “Berkut” 1992-ci ildə yaradılmışdı.