Ukraynada çevrilişi bu ölkələr edib - Volodin adlar çəkdi

Ukraynada çevrilişi bu ölkələr edib - Volodin adlar çəkdi
DÜNYA
09:30 12.10.2026
132
Volodin Ukraynada hakimiyyət dəyişikliyinin arxasında hansı ölkələrin dayandığını açıqladı

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ukraynada neonasistlərin hakimiyyətə gəlməsinin arxasında İngiltərə, Almaniya, Fransa və Polşanın dayandığını iddia edib.

Volodin bu barədə "Max” sosial şəbəkəsindəki kanalında yazıb.

O, 2014-cü ildə Ukraynada baş verən hadisələr nəticəsində neonasistlərin hakimiyyətə gəldiyini və bunun qanlı çevriliş olduğunu bildirib.

"Bu gün baş verənlərin hamısı həmin hadisələrin nəticəsidir. Bu qanlı çevrilişin arxasında İngiltərə, Almaniya, Fransa və Polşa dayanırdı”, – deyə Volodin yazıb.
 
///modern.az///
OXŞAR XƏBƏRLƏR