Ukraynada etirazçılar administrasiya binasını ələ keçirdilər
DÜNYA
20:00 23.01.2014
1058
Ukraynanın Lvov şəhərində təxminən iki minə yaxın yerli sakin vilayət administrasiysının binası qarşısında etiraz aksiyası keçirib.AZXEBER.COM-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları binaya daxil olduqdan sonra Lvov vilayətinin qubernatoru Oleq Salo ilə danışmaq istədiklərini deyiblər. Vilayət binasını mühasirəyə alan etirazçılar hakimiyyəti öz əllərinə götürdüklərini elan ediblər.Etirazçıların Lvov vilayət administrasiysının qarşısında aksiya keçirməsindən sonra qubernator Oleq Salo istefa ərizəsini yazıb. Qubernator tutduğu postu tərk edəcəyini bildirib.