Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Vinnitsa vilayət təşkilatının təşəbbüsü ilə Vinnitsa şəhərindəki Fəridə Plaza İstirahət və Əyləncə mərkəzində Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş bayram konserti keçirilib .
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Vinnitsa vilayət dövlət admnistrasiyası rəsmilərinin, meriya və yerli deputatlar şurası təmsilçilərinin , diaspora və KİV-i nümayəndələrinin qatıldığı bayram şənliyində Ukrayna Azrbaycanlı Gənclər Birliyinin Vinnitsa vilaytət təşkilatının sədri Emin Adıgözəlov çıxış edərək, 22 il bundan öncə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dünya Azərbaycanlılarının həmrəylik gününün tarixi əhəmiyyətindən danişıb. Belə bir milli məvkurə bayramına qatılanları qarşıdan gələn yeni il və həmrəylik günü münasibəti ilə təbrik edib . Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları altında başlanan tədbirdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək, Azərbaycanla Ukrayna arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində,o cümlədən Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə düşən öhdəliklərdən danışıb. “2013-cü il dövlətimiz və xalqımız üçün ən yadda qalan illərdən biri oldu. Bu il Azərbaycan öz sosial iqtisadi inkişaf tarixinə qlobal layihələrin həyata keçirilməsi ilə imza atdı deyən Anar Tahirov bu il yekdilliklə prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsini 50 milyonluq Azərbaycan xalqının ən böyük uğurlarından biri kimi səciyyələndirib.“
Qarşıdan gələn yeni il və dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə xalqımıza xoş və səmimi arzularını çatdıran Vinnitsa Dövlət Tibb Universitetinin Prorektoru Sergey Zaiko, Vinniça Vilayət Şurası Aparatının rəhbəri Svetlana Pustovit 2 il bundan öncə Vinnitsa vilayətində yaranmış Ukrayna Azərbaycanlı Gənclər Birliyinin regional təşkilatının, Azərbaycanın zəngin mədəniyyətini,qədim tarixini və adət-ənənələrini özündə əks etdirən çoxsaylı tədbirlər həyata keçirmələrindən məmnunluqla söz açıblar.Bayram şənliyində çıxış edən Fəridə Plaza Ticarət və Əyləncə mərkəzinin sahib Eldar Nəzərov, SOKAR Ukrayna şirkətinin nümayəndəsi Həzi Aslanov və digər şəxslər təməli 1991-ci ildə qoyulmuş dünya Azərbaycanlılarının həmrəylik gününün müasir Azərbaycan tarixinin ən şanlı səhifəsinə çevrildiyini vurğulayıblar. Dünyanın müxtəlif ölkələrində yaşayan və təhsil alan azərbaycanlı gənclərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açan natiqlər , Vinnitsa vilayətində tarixi vətənimiz naminə səmərəli tədbirlər həyata keçirən azərbaycanlı gəncləri həmrəylik günü və yeni il münasibəti ilə təbrik ediblər. Dünya Azərbaycanlılarının həmrəylik gününü xalqımızın birlik və məvkurə bayramı adlandıran gənclər Vətən naminə həyata keçirtdikləri tədbirlərdə onlara daima maddi və mənəvi dəstək verən Fəridə Plaza Ticarət və Əyləncə mərkəzinin sahibi,tanınmış iş adamı Eldar Nəzərova dərin minnətdarlıqlarını bildiriblər. Təbdirdə UAGB-in Vinnitsa Vilayət təşkilatının özfəaliyyət ansanblının ifasında geniş konsert və maraqlı ədbi bədii kompozisya nümayiş etdirilib .
![](/file/pic/xeber/2013-12-27/76617.jpg)
![](/file/pic/xeber/2013-12-27/76619.jpg)
![](/file/pic/xeber/2013-12-27/76621.jpg)
![](/file/pic/xeber/2013-12-27/76623.jpg)
![](/file/pic/xeber/2013-12-27/76627.jpg)
![](/file/pic/xeber/2013-12-27/76630.jpg)
![](/file/pic/xeber/2013-12-27/76632.jpg)
![](/file/pic/xeber/2013-12-27/76634.jpg)
![](/file/pic/xeber/2013-12-27/76635.jpg)
![](/file/pic/xeber/2013-12-27/76636.jpg)