Ukraynada həkim ağır vəziyyətdə gətirilən xəstəni evə göndərdi

DÜNYA
18:22 02.04.2020
675

Kiyevdə həkimlər koronavirusa yoluxmuş, ağır vəziyyətdə olan xəstəni xəstəxanaya qəbul etməyərək, evə göndəriblər.

Bu barədə "Unian” məlumat yayıb.

 

Sözügedən xəstə COVID-19-a yoluxan anası ilə əlaqə qurduğu üçün özünü təcrid edib.

Bundan sonra səhhətində narahatlıq hiss edən şəxs xəstəxanaya müraciət edib. Lakin xəstəxanada ondan göndəriş və yoluxmanı rəsmi şəkildə təsdiq edən laboratoriya sənədi tələb olunub.

Nəticədə, növbədə olan həkim xəstəni qəbul etməyərək, evə göndərib.

OXŞAR XƏBƏRLƏR