Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin müddəti yenidən uzadıldı

Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin müddəti yenidən uzadıldı
DÜNYA
19:05 27.07.2023
263
Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin müddəti 90 gün uzadılıb.

Bu barədə Ukrayna Ali Radası qərar qəbul edib.

Bildirilib ki, hərbi vəziyyətin və ümumi səfərbərliyin müddəti 2023-cü ilin noyabrın 15-dək qüvvədə olacaq.

Beləliklə, müharibə başlayandan bəri Ali Rada səkkizinci dəfə hərbi vəziyyət və səfərbərlik barədə qərar qəbul edib.

Xatırladaq ki, ilk dəfə müharibə başlayan gün - 2022-ci ilin fevralın 24-də Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik barədə qərar qəbul edilib.

Hərbi vəziyyətlə əlaqədər olaraq həmçinin parlament seçkilərinin keçirilməsi də təxirə salınıb. Parlament seçkilərinin bu ilin oktyabrında keçiriləcəyi proqnozlaşdırılmışdı.
OXŞAR XƏBƏRLƏR