Ukraynada ikinci Çernobıl faciəsi yaşana bilər

Ukraynada ikinci Çernobıl faciəsi yaşana bilər
DÜNYA
14:02 22.03.2022
464
Ukraynanın Sumi şəhərində Rusiya hərbçiləri tərəfindən mühasirəyə alınan kimya zavodunda ammonyak sızması qeydə alınıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın atom elektrik stansiyalarına müdaxiləsi isə ikinci Çernobıl hadisəsinə səbəb ola biləcəyi düşüncəsi ciddi narahatlıq yaradır. 

Nüvə obyektinin sızması ilə bağlı narahatlıqlar yarandığı bir vaxtda, ölkədəki kimya obyektində sızma olub.

Ukraynanın Sumi vilayətinin qubernatoru Dmitri Jivitskii mövzu ilə bağlı açıqlama verib.

Jivitskii bildirib ki, Ukraynanın şimal-şərqindəki Sumi şəhərində Rusiya hərbçiləri tərəfindən mühasirəyə alınan Sumıximprom kimya zavodunda saat 04:30-da ammonyak sızması baş verib.

O, hələlik sızmanın səbəbi ilə bağlı dəqiq açıqlama verməsə də, o, obyektin ətrafındakı 5 kilometrlik ərazinin təhlükəli olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR