Ukraynada daha 10 nəfər koronavirusun qurbanı olub.
Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, Şərqi Avropada ölkəsində virusdan ölənlərin sayı 108-ə yüksəlib.
Bundan başqa, Ukraynada qeydə alınan koronavirus hallarının sayı 392 nəfər artaraq 3 764-ə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 000 000-u ötüb. Bunların 484 781 nəfəri sağalıb, 126 776 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
///Report