Ukraynada koronavirusun yeni ştamına rast gəlinib

Ukraynada koronavirusun yeni ştamına rast gəlinib
DÜNYA
19:30 07.11.2023
214
Ukraynanın Rovno vilayətində koronavirusun yeni növü olan Arcturus ştamına rast gəlinib.

Bu barədə vilayət administrasiyasının rəhbəri Vitali Koval bildirib.

O, yeni ştama neçə adamın yoluxduğunu açıqlamayıb.

Məlumata görə, yeni ştam Kraken ştamından 1,2 dəfə daha yoluxucudur.

Qeyd olunub ki, bu ştama yoluxanlarda yüksək hərarət, öskürək, boğaz ağrısı, əzələ zəifliyi müşahidə olunur.

Həmçinin bildirilib ki, yeni ştama yoluxanların gözlərində qaşınma olur.
OXŞAR XƏBƏRLƏR