Ukraynada öldürülən azərbaycanlıların nəşi Gəncəyə gətirildi - FOTO

Ukraynada öldürülən azərbaycanlıların nəşi Gəncəyə gətirildi - FOTO
SOSİAL
10:34 16.03.2022
274
Fevralın 27-də Ukraynadan Moldovaya keçmək istəyən zaman qətlə yetirilən azərbaycanlıların nəşi Gəncənin Gülüstan qəsəbəsinə gətirilib.

AZXEBER.COM APA-ya istinadla xəbər verir ki, onlar səhər Göygöldə dəfn olunacaqlar.

Xatırladaq ki, fevralın 27-də qohumluq əlaqələri olan 40 nəfərdən artıq həmyerlimiz 8 avtomobillə Odessa vilayətindən Moldova istiqamətində şəxsi təşəbbüsləri ilə təxliyyəyə çalışan zaman Kuçurqan sərhəd keçid məntəqəsində naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. İsmayılov Rəhim Əli oğlu, onun qardaşı Nemət İsmayılov və Azər İsmayılov hadisə yerində, 25 yaşlı Camal Salmanov isə xəstəxanada dünyasını dəyişib. Həmin şəxslər əslən Kəlbəcər rayonundandırlar və Gəncə şəhərində məskunlaşmışdılar.
 

 


OXŞAR XƏBƏRLƏR