Ukraynada müharibə başlayandan bəri 5 nəfər Azərbaycan vətəndaşı həlak olub.
AZXEBER.COM-un məlumatına görə, bunu Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin rəhbəri Leyla Abdullayeva brifinqdə bildirib.
O həmçinin vurğulayıb ki, təhlükəli vəziyyətlə üzləşən vətəndaşlarımızın təxliyyəsi üçün Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən müvafiq addımlar davam etdirilir.