Ukraynada magistr təhsili alan azərbaycanlı tələbə öldürüldü

SOSİAL
13:54 10.10.2019
4261

"Kiyevdə qətlə yetirilən tələbə Cavid Hacıyev İqtisad Universitetinin tələbəsidir. Bizim universitetdə magistr təhsili alırdı. Bizə onun hansı şəraitdə dünyasını dəyişdiyi bəlli deyil”.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri modern.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)  Beynəlxalq magistratura və doktorantura mərkəzinin direktoru Fariz Əhmədov tələbənin ölümü ilə bağlı danışarkən deyib.


Onun sözlərinə görə, qətlə yetirilən tələbə nümunəvi gənc olub:


"Cavid Hacıyev çox aktiv tələbələrimizdən biri idi. Bakıda yaşayırdı. Özü də  magistratura təhsili alırdı. Ancaq onu dəqiq deyə bilərəm ki, Kiyevə getməsi  təhsillə bağlı olmayıb”.

Qeyd edək ki, 23 yaşlı azərbaycanlı tələbə Cavid Hacıyevin Kiyevdə öz həmyerlimiz tərəfindən qətlə yetirildiyi barədə xəbərlər yayılıb. O, İqtisad Universitetində magistr təhsili alırmış.


Kiyev prokurorluğundan verilən məlumatda qətlin təxminən 23 yaşlı Azərbaycan vətəndaşı tərəfindən törədildiyi bildirilir. Məlumata görə, qətlə yetirilən gəncin tanışı olub. Qatilin Ukraynadan qaçmağa imkan tapdığı qeyd olunur. Onun ad-soyadı hələ açıqlanmayıb.

 
Hadisə ilə bağlı Ukraynadakı Azərbaycan diasporunun rəhbəri Hikmət Cavadov Modern.az-a eksklüziv açıqlamasında bildirib ki, qətllə bağlı bir neçə gün öncə məlumatlı olub:

"Bununla əlaqədar həm yerli hüquq-mühafizə orqanları, həm də Azərbaycan Diasporla İş Üzrə Dövlət Komitəsi ilə əlaqə yaratdıq. Ukraynadakı Azərbaycan diasporu olaraq gənc soydaşımızın qətli bizi üzdü

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:02 27.11.2020

Bakıda növbəti dəfə dezinfeksiya işləri aparılacaq

12:59 27.11.2020

Türkiyədə zəlzələ olub

12:51 27.11.2020

“Qarabağın məşhur müəllimləri” - Famil Mehdi

12:42 27.11.2020

DYP sürücülərə müraciət edib

12:30 27.11.2020

Paşinyan ordunun zəif olduğunu deyən iş adamına nazir vəzifəsi verdi

12:21 27.11.2020

Masallı və Cəlilabadda beş nəfər COVİD-19 xəstəsi qaydaları pozub - FOTO

12:17 27.11.2020

Vətən Müharibəsində əməyi olan igidlərimizi tanıyaq - SİYAHI

11:56 27.11.2020

DSX-nin vəzifəli şəxslərinin məhkəməsi başlayıb

11:53 27.11.2020

Azərbaycanda koronavirusa yoluxanlar arasında təkrar yoluxma olub? - TƏBİB açıqladı

11:47 27.11.2020

Əfsanəvi komandirin zabit qızları illər sonra atalarının Ağdamdakı məzarını ziyarət etdilər - VİDEO

11:34 27.11.2020

Ağsunun icra başçısı ölməyib, vəziyyəti ağırdır - AÇIQLAMA

11:23 27.11.2020

Azərbaycan və İtaliya XİN rəhbərləri bölgədəki son vəziyyəti müzakirə etdilər

11:18 27.11.2020

Azər Türk Bank əhalinin özünüməşğulluq proqramına dəstəyini davam etdirir

11:07 27.11.2020

Azərbaycanda ictimai iaşə müəssisələri ilə bağlı XƏBƏRDARLIQ

11:05 27.11.2020

Gürcüstanda koronavirusa yoluxanların sayı 4 780 nəfər artdı

11:00 27.11.2020

Şuşa döyüşlərində dastana dönən qardaşlar: “Yaralı halda onu çiynimdə daşıdım, heç nə hiss etmirdim” - VİDEO