Ukraynada müharibə başlayandan 191 uşaq ölüb

Ukraynada müharibə başlayandan 191 uşaq ölüb
DÜNYA
10:24 13.04.2022
239
Rusiyanın Ukraynaya hücumu nəticəsində fevralın 24-dən bu günə qədər 191 uşaq həlak olub, 349 uşaq isə yaralanıb.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Uşaqların ən çox yaralanması halı Donetsk, Kiyev, Xarkov, Çerniqov, Xerson və Luqansk vilayətlərində qeydə alınıb.

Rusiya artilleriyasının zərbələri nəticəsində 957 təhsil müəssisəsi zədələnib, 88-i isə tam dağılıb.
OXŞAR XƏBƏRLƏR