Ukraynada müharibə zamanı həlak olan uşaqların sayı açıqlandı

Ukraynada müharibə zamanı həlak olan uşaqların sayı açıqlandı
DÜNYA
12:17 21.08.2022
308
Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində 373 uşaq həlak olub. Eyni zamanda 721 uşaq müxtəlif dərəcəli xəsarətlər alıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, Mariupolda 1 yaşdan 17 yaşa qədər daha 10 uşağın öldüyü məlum olub.

Bundan başqa, bir gün əvvəl Nikolayev rayonunun Voznesenskinin atəşə tutulması nəticəsində 3-8 yaşlarında olan daha 3 uşaq ağır yaralanıb.

Müharibə zamanı ən çox Donetsk vilayəti (387 uşaq-red), Xarkov (202 uşaq), Kiyev (116 azyaşlı), Çerniqov (68 uşaq), Nikolayev (64 uşaq), Luqansk (61 azyaşlı), Xerson (55 uşaq) və Zaporojyedə (41 uşaq) zərər çəkib.
OXŞAR XƏBƏRLƏR