Ukraynada neft anbarı partladılıb: Güclü yanğın başlayıb - VİDEO

Ukraynada neft anbarı partladılıb: Güclü yanğın başlayıb - VİDEO
DÜNYA
17:10 28.02.2022
404
Ukraynanın şimal şərqində yerləşən Sumı vilayətinin Axtırka şəhərində neft anbarında güclü partlayış baş verib.  

Bu barədə Sumı vilayətinin regional dövlət administrasiyasının rəhbəri Dmitri Jivitski öz "Telegram” kanalında məlumat verib.

O qeyd edib ki, neft anbarı Rusiya ordusunun hücumu nəticəsində partladılıb.

O, həmçinin əlavə edib ki, hadisə yerində güclü yanğın başlayıb.
 

OXŞAR XƏBƏRLƏR