Ukraynada ordu ilə bağlı məxfi videogörüntüləri sosial şəbəkələrdə yayan şəxslər saxlanılıb

Ukraynada ordu ilə bağlı məxfi videogörüntüləri sosial şəbəkələrdə yayan şəxslər saxlanılıb
DÜNYA
19:36 21.06.2024
231
Ukraynanın Təhlükəsizlik Xidməti ordu birləşmələrinin cəbhədəki mövqeyi barədə məlumatları qeyri-qanuni olaraq ictimailəşdirməkdə şübhəli bilinən iki nəfəri saxlayıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, əməliyyat gecə saatlarında həyata keçirilib.

İstintaq materiallarına görə, sözü gedən şəxslər Ukrayna Silahlı Qüvvələrinin əsasən Zaporojye istiqamətindəki mövqeləri, eləcə də silah-sursat və hərbi texnikanın yerləşdirilməsinə dair məxfi informasiyanı və videogörüntüləri əldə edərək, "Facebook” və "Telegram”dakı sosial şəbəkə hesablarında yayıblar.

Qeyd edək ki, ölkənin Cinayət Məcəlləsinə əsasən onları 8 ilədək həbs cəzası gözləyir.
OXŞAR XƏBƏRLƏR