Ukraynada prezidentin istefası təsdiqləndi

Ukraynada prezidentin istefası təsdiqləndi
DÜNYA
18:53 22.02.2014
1534
Yaxın dəqiqələrdə Yanukoviçin istefa barədə yazılı bəyanatının mətninin rəsmən yayılacağı gözlənilir
Müxalifət tərəfdarları Ukraynanın Prezident Administrasiyasına giriblər
Ukrayna prezidenti Viktor Yanukoviçin istefa verməsi haqqında məlumatı onun rəhbərlik etdiyi "Regionlar" Partiyasından olan deputat Yuri Miroşniçenko da təsdiqləyib.
AZXEBER.COM-un Musavat.com-a istinadən verdiyi məlumata görə, Ukrayna paytaxtı tam şəkildə nümayişçilərin nəzarətinə keçib.
Son məlumatlara görə, Ukraynanın Prezident Administrasiyası da müxalifətçilərin əlindədir.
Yaxın dəqiqələrdə prezident V.Yanukoviçin istefa barədə yazılı bəyanatının mətninin rəsmən yayılacağı gözlənilir.
Ancaq V.Yanukoviçin hazırda Xarkovda, yoxsa, Rusiyada olması tam dəqiqliyi ilə məlum deyil.
Daha bir məlumata görə, xalqa divan tutan "Berkut"un komandiri də daxil olmaqla, Ukraynanın 4 güc struktirinin rəhbərləri Ali Radaya gələrək, bundan sonra ölkədə cərəyan edən siyasi proseslərə müdaxilə etməyəcəklərini bəyanlayıblar.
* * *
Ukrayna prezidenti Viktor Yanukoviç bu gün günorta saatlarında istefaya getdiyini açıqlayıb. Onun bu barədə Xarkovda qərar verdiyi bildirilir.
Musavat.com-un məlumatına görə, bu barədə xəbəri Ukraynanın kanal9 televizya kanalı yayıb.
Onun istefa bəyanatı Ali Radanın iclas salonunda oxunacaq.
OXŞAR XƏBƏRLƏR