Ukraynada "referendum" əleyhinə aksiyalar keçirilir

Ukraynada "referendum" əleyhinə aksiyalar keçirilir
DÜNYA
19:49 24.09.2022
408
Ukraynanın müxtəlif şəhərlərində "referendumlar” əleyhinə aksiyalar təşkil edilib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, iştirakçılar "Mariupol Ukraynadır” şüarı ilə mitinq keçirirlər.

Yürüşlər Lvov, Kiyev, Odessa, Ternopol və digər şəhərlərdə davam edir.

Qeyd edək ki, ötən gündən etibarən Ukraynanın işğal olunmuş ərazilərində Rusiyaya birləşmək üçün "referendum” keçirilir. Səsvermə sentyabrın 27-dək davam edəcək.

Qərb liderləri Ukraynada Rusiyanın saxta referendumunun qeyri-legitim olduğunu bildiriblər.
OXŞAR XƏBƏRLƏR