Ukraynada Lvov vilayətinin Sokol rayonunun Qluxov kəndində "Lvovuqol" ASC-yə məxsus şaxtada partlayış baş verib.
Metan partlaması nəticəsində qaya çöküb.
Hadisə zamanı şaxtada 172, qəza sahəsində 34 nəfər olub. Onlardan 11-i ölüb, 6 yaralı şaxtaçı yuxarı çıxarılıb. 20 şaxtaçının taleyi naməlum olaraq qalır.
Partlayışın səbəbləri müəyyənləşdirilir.