Ukraynada Kaxovka bəndinin bombalanaraq dağılmasından sonra su basmış bölgələrdə xilasetmə işləri və risk altında olan ərazilərdə təxliyə işləri davam edir.
AZXEBER.COM xəbər verir ki, Ukraynada Kaxovka bəndinin bombalanaraq dağılmasından sonra su basmış ərazilərdə xilasetmə işləri, risk altında olan ərazilərdə isə təxliyə işləri davam edir.
Ukrayna Daxili İşlər Nazirliyi 1339 nəfərin təxliyə edildiyini açıqlayıb.
Ukrayna Daxili İşlər Nazirliyi polis və Fövqəladə Hallar Qruplarının (DSNS) qəfil su basmış ərazilərdə qapalı qalanları və heyvanları xilas etməyə davam etdiyini bildirərək bölgə xalqına çağırış edib:
"Xerson rayonunun sakinləri, təxliyə etdiyiniz zaman ev heyvanlarınıza laqeyd yanaşmayın: onları bağlı vəziyyətdə qoymayın, qəfəslərindən çıxarın və ya mümkünsə özünüzlə aparın”.
DSNS qrupları daşqın nəticəsində yeraltı minaların suda üzdüyünü vurğulayaraq xalqın diqqətli olması lazım olduğunu bildirib.
Ayşən