Ukraynada separatçıların daha bir nümayəndəsi öldürülüb

Ukraynada separatçıların daha bir nümayəndəsi öldürülüb
DÜNYA
20:40 16.09.2022
310
Ukraynanın işğal olunmuş Berdyansk şəhərində Rusiya tərəfindən təyin olunmuş qondarma merin müavini Oleq Boyko və həyat yoldaşı Lyudmila öldürülüb.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, Oleq Boyko bölgənin Rusiyaya birləşməsi haqqında keçirilməsi planlaşdırılan "referendum” üzrə seçki komissiyasına rəhbərlik edib.

İşğal administrasiyasının nümayəndəsi Vladimir Roqovun sözlərinə görə, Oleq və Lyudmila Boyko Koloniya mikrorayonunda öz qarajının yaxınlığında öldürülüb.

Xatırladaq ki, bu gün eyni zamanda qondarma Luqansk Xalq Respublikasının "baş prokuror”u və onun müavini zərərsizləşdirilib.
OXŞAR XƏBƏRLƏR