Ukraynada taxıl əkini başlanıldı: "Başqa cür qıtlığın önünü ala bilməyəcəyik!"

Ukraynada taxıl əkini başlanıldı: "Başqa cür qıtlığın önünü ala bilməyəcəyik!"
DÜNYA
16:56 31.03.2022
518
Ölkənin  baş naziri Denis Şmıqal 6 milyon hektar sahənin əkiləcəyini açıqlayıb. 

AZXEBER.COM xəbər verir ki, baş nazir Ukraynanın 20 vilayətində səpinin başlanıldığını deyib: "Qıtlığın olmaması üçün işlərə başlamışıq. 6 milyon hektar sahəyə taxıl əkmək olar. Bu, rəqəm ötən ilki əkin sahəsinin 80%-ni təşkil edir".

Nazir deyib ki, yerli fermerlər heçnədən qorxmurlar və hazırda Vinnitsada əkin adi vaxtdan bir neçə həftə tez başlayıb. O, əkin sahələrinin çoxunun müharibəyə görə yararsız vəziyyətdə olduğunu da etiraf edib. 
OXŞAR XƏBƏRLƏR