Ukrayna parlamentinin binası qarşısında baş verən partlayış nəticəsində yaralananların sayı 30 nəfərə çatıb.
Bu haqda Ukraynanın UNİAN agentliyi məlumat yayıb.
Yaralananların sayı haqda məlumat qeyri-rəsmi mənbələrə əsasən yayılıb.Xəbərə görə, 10-a yaxın asayiş keşikçisi xəsarət alıb. Onlar ayaq, qol, göz və baş nahiyələrindən yaralanıblar. Milislərdən birinin ayağı dizindənüzülüb.
Məlumata əsasən, partlayış Ali Radanın binası qarşısına döyüş qumbarasının atılması nəticəsində baş verib.
Qeyd edək ki, bu gün bir qrup şəxsAli Radanın binası qarşısına toplaşıb. Onlar asayiş keşikçilərinin üzərinə tüstüləyici paket və başqa əşyalar atıb.