Ukraynada yaşayış binalarını “İskəndər”lə vurdular

Ukraynada yaşayış binalarını “İskəndər”lə vurdular
DÜNYA
21:05 08.01.2026
109
Yanvarın 8-i axşam saatlarında Rusiya qüvvələri Ukraynanın Krivoy Roq şəhərinə növbəti hücum həyata keçirib.

Bu barədə şəhərin Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul məlumat yayıb.

Onun sözlərinə görə, hücum zamanı çoxmənzilli yaşayış binalarına iki ədəd "İskəndər” tipli ballistik raket zərbəsi endirilib.

Hadisə nəticəsində xəsarət alanlara tibbi yardım göstərilir.

Ukrayna Hərbi Hava Qüvvələri isə daha sonra düşmənə məxsus pilotsuz uçuş aparatlarının da Krivoy Roq istiqamətində hərəkət etdiyini açıqlayıb.
 
/APA
OXŞAR XƏBƏRLƏR