Ukraynada yeni səfərbərlik hazırlığı: 500 min insan cəbhəyə göndərilə bilər

Ukraynada yeni səfərbərlik hazırlığı: 500 min insan cəbhəyə göndərilə bilər
DÜNYA
14:34 20.12.2023
161
Ukrayna müharibəyə daha 500 min insanın səfərbər edilməsi məsələsini nəzərdən keçirir.
    
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə təklifi Ukrayna Prezidenti Volodimir Zelenski verib.

Zelenski dünənki mətbuat konfransında verdiyi açıqlamada bunun çox həssas bir hal olduğunu, ordu və hökumətin təklifin parlamentə göndərilib-göndərilməyəcəyinə qərar verməzdən əvvəl bunu qiymətləndirəcəyini bildirib.
 
Təklifi dəstəkləməzdən əvvəl Zelenski bununla bağlı daha çox dəstəkləyici arqumentlərə ehtiyacı olduğunu dilə gətirib.

Xatırladaq ki, Ukrayna 2022-ci ilin fevralından Rusiya qoşunlarına qarşı döyüşür. Həm Ukrayna, həm də Rusiya müharibə itkilərini dövlət sirri hesab edirlər. Lakin ABŞ rəsmiləri yüz minlərlə insanın öldüyünü və yaralandığını güman edir.

Mikayıl
OXŞAR XƏBƏRLƏR