20 fevralda "Berkut" dəstəsinin Kiyevin mərkəzi küçələrində insanlara açıq atəş açmasını əks etdirən görüntülər ortaya çıxıb.
AZXEBER.COM-un Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, Viktor Yanukoviçin istefasını tələb edən kütləyə qarşı silahdan istifadə edən zirehli polis dəstələri onların bir çoxunu ya öldürür, ya da yaralayır.
20 fevral tarixində isə, polislərin açdığı atəş nəticəsində 100-ə yaxın insan Kiyev küçələrində can verib.
20 fevral tarixində lentə alınan həmin dəhşətli görüntüləri təqdim edirik: