"Ukraynadakı döyüşlərə rəhbərlik edən generallardan biri vəzifəsindən azad olunub"

"Ukraynadakı döyüşlərə rəhbərlik edən generallardan biri vəzifəsindən azad olunub"
DÜNYA
12:34 24.01.2023
193
Rusiya-Ukrayna cəbhəsində əsas əməliyyat komandirlərindən biri olan general-polkovnik Mixail Teplinski istefaya göndərilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən məlumat yayıb.

Məlumatda qeyd olunub ki, bu, Rusiya hərbi elitasındakı fikir ayrılıqlarından xəbər verir: "Teplinski 2022-ci ilin noyabrında rus qoşunlarının Dnepr çayının qərbindən çıxarılmasına rəhbərlik edib. O, Rusiyada bacarıqlı komandir kimi tanınır”.

Onun Rusiya Hava-Desant Qoşunlarının rəhbəri kimi səlahiyyətlərini saxlayıb-saxlamaması sual altındadır: "Teplinskinin vəzifədən azad edilməsi böyük ehtimalla general Valeri Gerasimovun Ukraynadakı döyüşlərdəki şəxsi iradəsi və proseslərə rəhbərlik etmək ambisiyaları ilə bağlıdır”.

Günel
OXŞAR XƏBƏRLƏR