Ukraynadakı müharibənin təşkilatın məsuliyyət zonasına keçidi eskalasiyanın yeni mərhələsidir

DÜNYA
20:59 16.08.2024
187
Rusiya hərbi dəstək üçün müraciət edərsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı nizamnaməsinə uyğun olaraq üzərinə düşən prosedurları yerinə yetirəcək.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə sözü gedən qurumun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Ukraynadakı müharibənin KTMT-nin məsuliyyət zonasına keçidi eskalasiyanın yeni mərhələsidir.

Təşkilatin mətbuat xidmətindən həmçinin Rusiya tərəfi ilə mütəmadi olaraq məlumat mübadiləsi həyata keçirildiyi də açıqlanıb.

Xatırladaq ki, bir qədər əvvəl Rusiyanın NATO-nun mənzil-qərargahındakı keçmiş baş nümayəndəsi, Dövlət Dumasının deputatı Viktor Zavarzin hələlik Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kurskdakı hərbi əməliyyatlarda iştirakına zərurət olmadığını bəyan edib.
OXŞAR XƏBƏRLƏR