Ukraynadakı Rusiya qoşunlarına rəhbərlik edən komandir vəzifəsindən azad edildi

Ukraynadakı Rusiya qoşunlarına rəhbərlik edən komandir vəzifəsindən azad edildi
DÜNYA
11:02 23.08.2023
228
Ötən il Ukraynadakı Rusiya qoşunlarına rəhbərlik edən Aerokosmik Qüvvələrin komandanı Sergey Surovikin vəzifəsindən azad edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiyanın RİA Novosti xəbər agentliyi məlumat yayıb.
 
Surovikinin Rusiya Aerokosmik Qüvvələri komandanlığından uzaqlaşdırıldığı bildirilən xəbərdə onun yerinə müvəqqəti olaraq Rusiya Aerokosmik Qüvvələrinin Baş Qərargah rəisi Viktor Əfzalovun təyin olunduğu qeyd edilib.

Xatırladaq ki, iyunun 24-də Vaqner muzdlu qruplaşmasının Rusiya administrasiyasına qarşı üsyanında Surovikin video yayımlayıb və Vaqneri silahı yerə qoymağa çağırıb.

İğtişaşdan sonra Rusiya mətbuatında çıxan bəzi xəbərlərdə Vaqnerin silahı yerə qoyması çağırışına baxmayaraq, Surovikinə qarşı istintaq başladıldığı və onun ev dustaqlığında saxlandığı iddia edilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR