"Ukrayna bütün təxribatları Qərbin verdiyi silahlarla həyata keçirir" - Rusiya MN

"Ukrayna bütün təxribatları Qərbin verdiyi silahlarla həyata keçirir" - Rusiya MN
DÜNYA
12:50 04.03.2022
802
Rusiya Müdafiə Nazirliyinin sözçüsü Ukraynada saxlanılan bütün əcnəbi muzdluların məhkəmə qarşısına çıxarılacağını deyib.
 
AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki, Qərbin Ukraynaya döyüşmək üçün göndərdiyi muzdluların heç biri beynəlxalq humanitar hüquq çərçivəsində döyüşçü hüququndan istifadə etməyəcək.

"Mən rəsmi açıqlama vermək istəyirəm ki, Qərbin Ukraynaya döyüşmək üçün göndərdiyi muzdlulardan heç biri beynəlxalq humanitar hüquqa uyğun olaraq döyüşçü sayıla və ya hərbi əsir statusundan istifadə edə bilməz”, - Konaşenkov vurğulayıb. 

O, bəyan edib ki, Ukraynada muzdluların bütün təxribatları Qərbin verdiyi silahlardan istifadə etməklə həyata keçirilir. Konaşenkov bildirib ki, xarici muzdlular Rusiya hərbi və təchizat konvoylarına və dəstək verən təyyarələrə hücum edir.

"Ukrayna xüsusi xidmət orqanlarının təbliğat məqsədilə yaydığı və guya yerli mülki vətəndaşlar tərəfindən lentə alınan görüntülərdə onlar kameralar qarşısına keçməməyi üstün tuturlar", - Konaşenkov bildirib.

O, xəbərdarlıq edib ki, Ukraynada saxlanılan bütün əcnəbi muzdlular cinayət işi üzrə məsuliyyətə cəlb olunacaqlar.

"Ən yaxşı halda, onlar cinayətkar kimi mühakimə olunacağını gözləyə bilərlər. Biz gedib Kiyevin millətçi rejimi üçün döyüşmək planları olan bütün xarici vətəndaşları yola çıxmazdan əvvəl düşünməyə çağırırıq", - Konaşenkov deyib.

Mikayıl Mirzəzadə

OXŞAR XƏBƏRLƏR