Ukraynadan 155 azərbaycanlı vətənə çatdırıldı

Ukraynadan 155 azərbaycanlı vətənə çatdırıldı
SOSİAL
22:21 30.07.2020
679
Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu gün Kiyevdən Bakıya növbəti çarter reysi yerinə yetirib.

AZAL-dan AZXEBER.COM-a verilən məlumata görə, həmin reyslə 155 Azərbaycan vətəndaşı Vətənə çatdırılıb.

Yalnız reysdən əvvəl 48 saat ərzində COVID-19-un olmaması barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

Qeyd edək ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.
OXŞAR XƏBƏRLƏR