Ukraynadan qaçqın düşənlərin son sayı bəlli oldu

Ukraynadan qaçqın düşənlərin son sayı bəlli oldu
DÜNYA
14:29 30.03.2022
399
"Hazırda Ukraynadan 4 milyon insan qaçqın düşüb"

AZXEBER.COM xəbər verir ki, bu sözləri BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi "Twitter" səhifəsində məlumat yazıb. O, son rəqəmlərə görə 4 milyon insanın öz ölkəsini tərk etdiyini bildirib. 

UNİCEF-in məlumatına görə, Ukraynada 7,5 milyon uşağın  4,3 milyonu öz evini tərk etmək məcburiyyətində qalıb. Onlardan 1,8 milyonu xaricə gedib, 145 uşaq ölüb, 222 uşaq isə yaralanıb. 

Martın 26-da Polşa prezidenti Anjey Duda bildirib ki, Polşa artıq 2,3 milyon ukraynalı qaçqını qəbul edib və onları lazım olan hər şeylə təmin edir. 
OXŞAR XƏBƏRLƏR