AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, Ukrayna prezident aparatı rəhbərinin müşaviri Arsetoviç müharibənin 2035-ci ilə qədər davam edə biləcəyini söyləyib. Bununla bağlı ukraynalılara öz məsləhətini verib. O, bildirib ki, uzun müddət ərzində Rusiya Federasiyası ilə bir sıra hərbi toqquşmaların olacağı proqnozlaşdırılır.
O, hazırkı vəziyyəti İsraillə ərəblər arasında beş müharibənin keçdiyi vəziyyətlə müqayisə edib:
"Eyni hal bizdə də olacaq. Beş toqquşmaya ehtiyac olub-olmayacağını bilmirəm, amma 2035-ci ilə qədər bizə bir neçə hərbi toqquşma zəmanəti verilir. Bu, hər iki və bəlkə də beş ildən bir toqquşma deməkdir”.
Davamlı müharibəyə hazır olmayan vətəndaşlara Arestoviç Ukraynanı müvəqqəti tərk etməyi məsləhət görür:
"Bu müharibələrə hazır olmayanların başqa ölkəyə ehtiyacı var. Mənim ailə üzvlərim hamısı buradadır və sona qədər burada olacaq, kim davamlı müharibəyə hazır deyilsə, başqa ölkələrə getsin”.
Həmçinin o, Ukraynanın rus ordusunun Donbassın bütün ərazisini işğal edəcəyi təqdirdə sona qədər mübarizə aparacaqlarını, bunun isə iqtisadiyyat üçün böyük insan tələfatı və itkilərə səbəb olacağını bildirib.
Ayşən Mirzəyeva